Yerevanda Paşinyanın istefası tələbi ilə iki yürüş keçirilib - VİDEO
2022-04-27 22:10:00
.jpg)
İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə iki yürüş keçirilib.
Aksiyalardan biri Şenqavit inzibati rayonunda başlayıb. Nümayişçilərə “Ermənistan” müxalifət fraksiyasından parlamentin vitse-spikeri İşxan Saqatelyan başçılıq edib.
Paytaxtın mərkəzindəki Azadlıq meydanından başlayan ikinci yürüşə isə müxalifətin “Şərəfim var” fraksiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan rəhbərlik edib.
Şəhər polisindən verilən məlumata görə, hər iki aksiyanın iştirakçıları arasından ümumilikdə 52 nəfər saxlanılıb.
Mənbə: “RİA Novosti”
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya