Yer kürəsinin əhalisi 8 milyarda çatdı – yaxın gələcəkdə 9 milyard olacaq

2022-11-15 11:44:00

Yer kürəsinin əhalisi 8 milyarda çatdı – yaxın gələcəkdə 9 milyard olacaq

12 il əvvəl 7 milyard nəfər olub

Hurriyyet.az xəbər verir ki, Yer kürəsinin əhalisi 8 milyard nəfərə çatıb. Bu barədə açıqlamanı BMT-nin mətbuat xidməti verib.

Birləşmiş Millətlər Təşkilatının açıqlamasında deyilir: “Bu, bəşəriyyətin inkişafında tarixi mərhələdir”.

Yer kürəsi əhalisinin sayının 1 milyard artmasına 12 il vaxt gedib. 2037-ci ildə isə əhalinin sayının 9 milyarda çatacağı gözlənilir.

BMT-nin Əhali Fondu (UNFPA) öz açıqlamasında bəyan edib ki, “2080-ci illərə qədər dünya əhalisinin sayı 10,4 milyarda qədər atmağa davam edəcəyi dövrdə ümumi artım tempi azalacaq”. Fond bildirir ki, planetin əhalisinin üçdən ikisi aşağı artım rayonlarında yaşayır. Əhalinin artımı ən çox ən kasıb ölkələrdə, o cümlədən, Saxaradan cənubdakı Afrika ölkələrində müşahidə edilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.123687