Yeniyetmə və gənclər arasında İNTİHAR HALLARI NİYƏ ARTIB?

2022-08-30 12:07:00

Yeniyetmə və gənclər arasında İNTİHAR HALLARI NİYƏ ARTIB?

Paşa Yaqub: "Uşaqlarda, yeniyetmələrdə həddindən artıq yorğunluq, ağırlıq, özünə qapanma, qorxu, əsəbilik, ağrılar varsa mütləq mütəxəssisə müraciət etmək lazımdır"

"Belə xəstələrə fizikanın qanunlarına əsaslanan müalicə metodu ilə bir neçə seans kifayətdir ki, düşdükləri depressiv vəziyyətdən çıxıb cəmiyyətə qaynayıb-qarışsınlar"

Son zamanlarda azyaşlı və yeniyetmələr arasında intihar halları çoxalıb. Səbəblər sırasında imtahanda zəif nəticə, valideyn təzyiqi və s. amillər göstərilir. Xüsusən, imtahan ərəfəsində artan bu rəqəmlərin kökündə hansı səbəblər yatır? Günahı kimdə axtarmalıyıq? Bu və digər bu kimi sualların cavabını tapmazdan öndə, qeyd edək ki, dünyada hər 40 saniyədə bir nəfər intihar edir. Mütəxəssislərə görə, intihar hadisələri daha çox yaz və payız fəsillərində baş verir. Bunun da müxtəlif səbəbləri var.

Azyaşlı intiharlarının əsas səbəblərindən biri də valideynlərin imtahanları gözündə böyütmələridir. Bir müddətdir ki, intiharların ən çox məktəblilər arasında olmasını nəzərə alsaq deyə bilərik ki, məktəblərdə şagirdlərə olan psixoloji dəstək də çox aşağı səviyyədədir. 

Psixoloq, elmi lədun üzrə mütəxəssis Paşa Yaqub intihar edən şəxsin ürəyi və beyninə sanki kompüterə düşən virus kimi yad bir proqramın yazıldığını bildirir. O, insanları intihardan necə xilas etməyin yollarını açıqlayıb: “Son vaxtlar cəmiyyətimizdə intihar halları xeyli artıb. Artıq orta məktəb şagirdləri də intihara meyllidirlər. Əslində sosial vəziyyətindən aslı olmayaraq bütün təbəqələrdə intihar hallarına rast gəlinir. İnsan hər zaman çətinliklər çəkir. İnsan bu çətinliklərdən bezə bilir. Hamısı insanın çətinliyə dözməsi üçün insana sevgi hissini verir. Sevgi hissi insanı bu dünyada məşəqqətlərə dözməyə vadar edir. Nəticədə yaxınların olan sevgi hissi formalaşır. Sevgi insanı dünyaya bağlayır. İntihar hadisələrini azaltmaq üçün valideynlər uşaqlarını seanslara aparmalıdılar. Neqativ enerji olan insanlarda və yaxud da uşaqlarda bel, çiyin analıq orqanlarında  sancılar, ağrılar çox olur. Hətta bel ağrıları, onurğada qrija, əyrilik bu kimi xəstəlikləri belə neqativ enerji yaratmağa qadirdir. Qadınlar və qızlar ailə qurmamışdan öncə bu neqativ enerjidən təmizlənərsə əlbəttə ki, uşaq tam sağlam dünyaya gələcək. Bu uşaqlar tam sağlam və həyat dolu olurlar. Fikir vermisinizsə,  indi gənclər ailə qurmaq istəmirlər. Buna səbəb həmin insanların neqativ enerjiylə dolu olmalarıdır. Neqativ enerji sanki proqram kimi insanın bədəninə yerləşdirilir. Və bu enerji insanın bədənində məhəbbət hissini silir. Neqativ enerji göz və nəfəslədə insana ötürülə bilər. İnsan bədənində neqativ enerji çox olarsa bu zaman kin kudurət çoxluq təşkil edir və  neqativ enerji öz işini görür. Valideynlər diqqətli olmalıdırlar. Uşaqlarda, yeniyetmələrdə həddindən artıq yorğunluq, ağırlıq, özünə qapanma, qorxu, əsəbilik, ağrılar varsa mütləq mütəxəssisə müraciət etmək lazımdır. Qara enerjini hiss etməmək mümkün deyil.

Araşdırsaq görərik ki, intihar edən insanların sevgi hissi olmur. Buna görə də o həyata bağlana bilmir. Bir az çətinlik görən kimi intihara meylli olurlar. Bəzən, insana ötürülən neqativ enerji onun qəlbində olan sevgi hissini silir. Bu vaxt insanı dünyaya bağlayan bağ qırılır. İnsan özünə qapanır, sevdikərindən uzaqlaşır, hətta doğmalarını belə görmək istəmir. Bilməliyik ki, insan qəlbindəki məhəbbət hissi kompyuterdəki fayl və proqramlara bənzəyir. Virus kompyuterdəki fayl və proqramları necə silirsə, neqativ enerji də insnın qəlbindəki sevgi və inam hissini eləcə silir. Bundan sonra insan depressiyaya düşür və sevdiklərindən uzaqlaşır. Qəlbində onu dünyaya bağlayan bağ (sevgi, məhəbbət) olmadığından intihar haqda düşünməyə başlayır. Belə insanlarda ilk növbədə həyəcan, qorxu, diksinmələr, qarabasmalar və s. baş verir. Daha sonra özünə qapanır, sevgisiz, həvəssiz olur; səbəbsiz ağrıları, qəlbində sıxılmaları olur; yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud yüksəklikdən yıxıldığını hiss edərək oyanır; bəzi xəstələrdə gecələr tez-tez sidiyə çıxma, həzm problemləri olur; bəzilərində isə, hallüsinasiya (ətrafında kölgə görmə, boş otaqdan səs eşitmə) baş verir. İnsan səbəbsiz əsəbləşir və səbəbsiz ağlayır. Bütün bunlar aradan qaldırılmadıqca, içindəki dəhşətli sıxıntı onu intihara sövq edir. Xəstənin dini inancı olduqa, bu factor intiharı bir qədər ləngidir. Çünki cəhənnəm qorxusu onu bu fikirdən bir qədər daşındırır. Lakin intihar fikri hələ də beyindən çıxmır".

Gənc insanlar, yeniyetmələr intihara meyl edirlər. Problemin kökünə varsaq, bunların əksəriyyəti ailədaxili münaqişələrdən qaynaqlanır. Məsələn, ali məktəbə qəbullla bağlı imtahanlarda bəzən görürsən ki, valideyn övladının nə istədiyinin fərqinə varmadan ona diktə etməyə çalışır. Valideyn özlüyündə bir yol cızır və bunu mütləq bir şəkildə aşılamağa çalışır. Sən bu ixtisas üzrə təhsil almalısan və yaxud bu peşənin sahibi olmalısan. Bütün bunlar yeniyetmədə müəyyən məsuliyyətləri aşır. Yeniyetmə bu davranışlara əməl edə bilməyəcəyini düşünərək intihara cəhd edir. Ancaq nəzərə almaq lazımdır ki, intihar heç bir halda çıxış yolu deyil. Sadəcə, problemdən qaçmaqdır. Bir qisim ailələrdə də intihara cəhd insanların diqqətini bu problemə yönəltməkdir. Elələri özünü öldürmək üçün bu aktı həyata keçirmir. Onlar istəyir ki, insanların diqqətini çəksin.

Paşa Yaqubun fikrincə, belə xəstələrə fizikanın qanunlarına əsaslanan müalicə metodu ilə bir neçə seans kifayətdir ki, düşdükləri depressiv vəziyyətdən çıxıb, cəmiyyətə qaynayıb-qarışsınlar: “Orqanizmə düşən neqativ enerji güclü olduqda isə, nə dini inanc, nə də övlad sevgisi insanı intihar fikrindən daşındıra bilmir. Yuxarıda qeyd etdik ki, intihar fikrində olan insanda bir qayda olaraq, övladlarına və yaxınlarına qarşı sevgi hissi olmur. Bu hiss onların qəlbindən silinmiş olur. Bu səbəbdən heç kəsi sevmir, əks cinsə məhəbbət hissi olmur, hamıya şübhə ilə baxır. Yaxınlarının hər bir xoş hərəkəti onu əsəbləşdirir. Belə pasiyentlər nevroloqlara və psixatrlara müraciət etdikdə, bu cür xəstələrə əsasən əsəbsakitləşdirici, psixotrop dərmanlar yazılır. Bu dərmanlar onu bir qədər sakitləşdirsə də, narkotik təsirli olduğundan, asılılıq yaradır və beynin fəaliyyətini getdikcə zəiflədir. Nəticədə beyin keyləşir, əmək qabiliyyəti itir, əks cinsə həvəs olmur. Bu cür dərmanların qəbulu intihar fikrini bir qədər ləngitsə də, onları qəbuletmədikdə təkrar narahatlıq və intihar fikri yaranır. İnsan da enerji (ruh) daşıyıcısıdır. Onun enerjisi nə qədər ki sabitdir, heç bir problem baş vermir. Elə ki, insanın üzərinə neqativ (qara) enerji yönləndirilir, ilk növbədə ondakı enerjinin növü dəyişir. Sabit cərəyan “dəyişən cərəyan” formasına keçir. Beləliklə, orqanizmdə sabitlik pozulur, halı tez-tez dəyişir – gah yaxşı, gah da pis olur. Belə şəxslərin fikirləri də halları kimi dəyişkən olur, qərar verə bilmirlər. Uzun araşdırmalardan sonra kəşf etdim ki, kompyuter insanın alt kopyası olaraq yaradıldığı kimi, tester cihazı da insanın alt kopyası olaraq yaradılıb. Yəni testerdə olan bütün funksiyalar əslində insanda da var; sadəcə indiyədək kəşf edilməyibmiş. Elmi-lədun (elmin alt qatı) üsulu ilə bu sirləri kəşf etdikdən sonra, nə qədər qəribə də olsa, artıq xəstələr üçün özüm tester funksiyasını yerinə yetirməyə başladım. Yəni onlara əlimi vurduqda həm ağrının harada olduğunu, səbəbini təyin edə, həm də insanda dəyişən cərəyanı, sabit cərəyana çevirə bilirəm.  İntihar etmək istəyən adamlar öz planlarını əsasən ən sakit yerdə və sakit vaxtda həyata keçirirlər. Əsasən gecə, yaxud səhərə yaxın, insanlar yuxuda olarkən intihar etməyə çalışırlar. Ona görə də bu cür adamları tək qoymaq olmaz. Çalışmaq lazımdır ki, bu cür özünə qapanan xəstələrin olduğu otağın havası tez-tez dəyişilsin (özləri buna etiraz etsə də), paltarları tez-tezdəyişilsin və ətirlənsin, tualetə telefonla girməsinlər, axşamüstü hamama girməsinlər. Belə xəstələrə fizikanın qanunlarına əsaslanan müalicə metodu ilə bir neçə seans kifayətdir ki, düşdükləri depressiv vəziyyətdən çıxıb, cəmiyyətə qaynayıb-qarışsınlar. Əgər xəstəni gətirmək mümkün deyilsə, onda yaxınları gəlib bizimlə məsləhətəşsələr, fərdi qaydada verdiyimiz tövsiyyələr insanın depressiyadan çıxmasına və intihar fikrindən daşınmasına səbəb olur”.

Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067863