Saat:04:36
Haqqımızda

Yenidoğulanların əsas ÖLÜM səbəbləri

2021-10-15 16:08:00

Yenidoğulanların əsas ÖLÜM səbəbləri

Yenidoğulmuşlarda ən çox ölümə səbəb olan xəstəliklər açıqlanıb.

Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov deyib ki, ən çox ağırlaşma və ölüm halları məhz yenidoğulma dövründə qeydə alınır.

E.Rəhimovun sözlərinə görə, həmin müddətdə körpələrdə daha çox tənəffüs və ürək problemləri müşahidə olunur:

Bir körpə nəfəs almaqda çətinlik yaşayırsa, bu, tənəffüs probleminin əlaməti ola bilər. Yenidoğulma zamanı sarılıq problemləri də müşahidə olunur. Qıcolma, göyərmə və uşağın sidiyə çıxmaması təhlükə mənbəyidir. Ümumilikdə yenidoğulanların 70 %-də sarılıq müşahidə olunur”.

O qeyd edib ki, vaxtından əvvəl doğulanlarda bu, daha çox qeydə alınır: “Sarılığın ən böyük təhlükəsi beyinə keçməsi və ciddi fəsada səbəb olmasıdır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR