“Yeni soyuq müharibə dövrü başlanır”

2022-04-18 18:08:00

“Yeni soyuq müharibə dövrü başlanır”

Hurriyyet. az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidentinin rəsmi təmsilçisi İbrahim Kalın bu gün İstanbulda ABŞ Konqressinin nümayəndələri ilə görüşdə Ukraynadakı müharibə səbəbindən hazırda dünyanın soyuq müharibənin yeni dövrünə qədəm qoyduğunu bildirib.

Kalın Dolmabahçe sarayında keçirilən görüşdə Rusiyanın  Ukraynaya qarşı müharibəsinin dünyada ciddi dəyişikliklərə səbəb olacağını bildirərək deyib: “Biz yeni eraya, soyuq müharibə dövrünə qədəm qoyuruq. Biz onun nəticələrinə və gələcəkdə göstərəcəyi təsirlərə hazırlaşmalıyıq”.

Onun sözlərinə görə, yeni reallıqlar bir çox sahələrə, o cümlədən, ərzaq, energetika, kibertəhlükəsizlik və başqa sahələrə təsirini göstərəcək.

Kalın Türkiyənin sülh təşəbbüslərindən, iki ölkə arasında danışıqların aparılması üçün göstərdiyi səylərdən də danışıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya