Saat:16:33
Haqqımızda

Yeni səhiyyə nazirindən gözləntilər NƏLƏRDİR?

2022-01-19 15:56:00

Yeni səhiyyə nazirindən gözləntilər NƏLƏRDİR?

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev Azərbaycanın səhiyyə naziri təyin olunub. İndiyədək səhiyyə nazirinin birinci müavini və nazirin vəzifələrini icra edən T.Musayevin bu posta təyinatı əhalinin səhiyyə sistemindən gözləntilərini yenidən gündəmə gətirdi. 

Aktiv müzakirələr fonunda vətəndaşları bir çox suallar düşündürür: Yeni nazir köhnə komandadan qalmış problemləri necə həll edəcək? Bundan sona hansı yeniliklərin şahidi olacağıq?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov Modern.az-a bildirib ki, Azərbaycan ictimaiyyəti qısa müddət ərzində Teymur Musayevi bir neçə müsahibə və çıxışları ilə daha yaxından tanıyıb:

“Teymur Musayev reproduktiv tibb, sağlam həyat tərzi, səhiyyə menecmenti ixtisası üzrə ölkəmizdə peşəkar səhiyyə işçilərindən biridir. Eyni zamanda, ixtisasca uroloqdur. Uzun illər səhiyyənin təşkili üçün özəl klinikaların birinə rəhbərlik edib, tibb elmləri nazmizəddir, sağlam həyat tərzinin təbliği ilə bağlı İtaliyada böyük tibb müəsissinə rəhbərlik edib. Bütün bunların hamısı Teymur müəllimin bu sahədə olan biliklərinin tibbin təşkilinə yüksək səviyyədə xidmət edəcəyinə dəlalət edən əsas göstəricilərdən biridir. Bu gün planetin əsas məsələrlərindən biri tibbi profilaktika, səhiyyənin təşkilini istiqamətləndirməkdir. Dünyanı təhdid edən pandemiyanın ilk illərində və elə indi də tibbin önəmi hər kəsə məlum oldu. Tibbi profilaktikanın, sanitar-epidemoloji vəziyyətin nəzarətdə saxlanılması, bütün bu kimi halların sağlamlığımıza xidmət edən ən vacib amillərdən biri olduğu üzə çıxdı. Təbii ki, ölkənin səhiyyə naziri uzun illərdir səhiyyə sahəsində dövlətin siyasətini uğurla həyata keçirən bir qurum kimi həmişə sözünü deyib. Səhiyyə Nazirliyi tibbin inkişafı üçün bir məbəddir”.

İ.Məmmədov, həmmçinin qeyd edib ki, nazirliyin çox peşəkar mütəxəssisləri var:

“İllərlə qurulmuş sistem var. Bu sistemə rəhbərlik etmək və bu gündə Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində icbari tibbi sığortanın uğurla həyata keçməsində Səhiyyə Nazirliyinin, səhiyyə menencmentliyinin olduqca böyük əhəmiyyəti olacaq. Teymur müəllimin səhiyyəmizin inkişafı üçün yüksək fikirləri, təklifləri və baxışları var. Bu işlərin uğurla həyata keçirilməsi üçün hesab edirəm ki, ictimaiyyət və səhiyyə işçiləri yeni nazirə dəstək olmalıdılar”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin ən vacib məqamlarından biri insanların sağlamlığı və səhiyyə sisteminin inkişafı, səhiyyənin əlçatan olmasıdır:

“ Hesab edirəm ki, bu sahədə Teymur müəllimin üzərinə şərəfli və məsuliyyətli iş düşür. Bu işdə ona uğurlar arzulayıram”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

T.Musayev 16 sentyabr 1970-ci ildə Bakıda doğulub. 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdindəki 1 saylı orta məktəbdə, sonradan 1981-1987-ci illərdə Bakı şəhərindəki 189 saylı orta məktəbdə oxuyub.

1987-93-cü illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb.  Ali məktəbi fərqlənmə diplomu ilə bitirib.

2003-2004-cü illərdə Strastburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə biliyini artırıb. 2013-15-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.

Qeyd edək ki, ixtisasca uroloq olan Teymur Musayev tibb elmlər namizədidir. Eyni zamanda səhiyyə menecmenti üzrə magistr təhsili alıb.

Reproduktiv tibb, həyat tərzi təbabəti, səhiyyə menecmenti sahələrində təcrübəyə sahibdir. 27 ildən artıq müddətdə müxtəlif  klinikalarda çalışıb. 18 il özəl səhiyyə müəssisələrindən birinə rəhbərlik edib.

Teymur Musayev İtaliyanın Komo şəhərində Klaudio Tavera il birlikdə “Medwellness və SPA Srl” adlı klinika təsis edib.  Açıqlanan məlumatda bildirilir ki, “Medwellness və SPA Srl” 2019-cu ilin avqust ayında kurortlar və termal tibb, spa təbabəti, qocalma əleyhinə və idman təbabəti sahələrində geniş və spesifik təcrübəyə malik iki tibb mütəxəssisi Dr. Klaudio Tavera və Dr. Teymur Musayev tərəfindən təsis olunub.

Daha sonra Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

2021-ci il aprelin 23-də Azərbaycan Respublikası səhiyyə nazirinin 1-ci müavini təyin edilib.

Modern.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR