Saat:20:01
Haqqımızda

Yeni prosedur: Bu şəxslərin pensiyaları artacaq

2025-12-02 09:12:03

Yeni prosedur: Bu şəxslərin pensiyaları artacaq

Son dəyişikliklər pensiyaların təyin edilməsi, hesablanması, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi prosesini daha çevik və rəqəmsal edib. İndi pensiya təyinatı, yenidən hesablanma və növ dəyişməsi qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə qəbul edilə və onlayn təqdimat rəsmi qərar kimi sayılır. Bu, pensiyaçıların müraciət prosesini sadələşdirir və kağız işini azaldır.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli əmək pensiyalarının təyin edilməsi qaydasının dəyişməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, yenidən hesablanma və növ dəyişmə mexanizmi staj və hüquq dəyişiklikləri zamanı pensiyanın artırılmasına imkan verir:

“Xüsusi kateqoriyalı şəxslər, məsələn, hərbi qulluqçular və güzəştli şərtlərlə pensiya alanlar üçün hesablamada yeni yanaşmalar tətbiq olunur. Bu, bəzi pensiyaçıların aylıq ödənişlərinin artmasına səbəb ola bilər.

Pensiya yaşı dəyişmir və əsas hesablanma prinsipləri - sığorta stajı və pensiya kapitalı qalır. Dəyişikliklər əsasən prosedurların rəqəmsallaşdırılması, yenidən hesablanma imkanlarının artırılması və xüsusi kateqoriyalı şəxslər üçün hesablamanın daha ədalətli olması ilə bağlıdır. Nəticədə pensiya sistemi daha şəffaf və əlçatan olur”.