Yeni planet kəşf edildi – bir ili 16 satdan ibarətdir

2021-11-25 17:48:00

Yeni planet kəşf edildi – bir ili 16 satdan ibarətdir

Hurriyyet.az “TRT Haber” kanalına istinadən xəbər verir ki, Amerika Milli Aerokosmik İdarəsi – NASA yeni planet kəşf edib. TOI-2109b adlandırılan bu planetdə bir il 16 saatdan ibarətdir.

Günəş sistemindən kənarda, Yer planetindən minlərlə işıq ili məsafədə yerləşən ulduzların ətrafında dövr edən 4 mindən artıq müxtəlif böyüklükdə uzaq planetlər kəşf edilib.

Kütləsi Yupiter planetinin kütləsindən 5 dəfə ağır olan TOI-2109b elmə məlum olan ən qısa orbitə malik planetdir, ətrafında döndüyü ulduza həddən artıq yaxın olduğundan 3000 dərəcəyə qədər temperatura malikdir və indiyə qədər aşkar edilən planetlər arasında istiliyinə görə ikinci yerdədir. Onun 10 milyon ildən sonra indiki yerində ola bilməyəcəyi güman edilir.

 

Hürr Tərcüman