Yeni pandemiya gəlir: Daha ağır keçəcək - XƏBƏRDARLIQ

2023-01-25 09:19:00

Yeni pandemiya gəlir: Daha ağır keçəcək - XƏBƏRDARLIQ

“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts yeni pandemiya xəbərdarlığı ilə gündəmə gəlib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Qeyts Avstraliyadakı Lou İnstitutunda çıxış edib. 

Onun sözlərinə görə, növbəti pandemiya “COVID-19”dan daha ağır keçəcək və virus insan tərəfindən yaradılacaq. 

Milyarder çıxışı zamanı pandemiyanın ağır keçəcəyini vurğulayıb, dünyanı gözləyən yeni təhlükə barədə xəbərdarlıq edib. 

“Növbəti virus təbii deyil, insan tərəfindən yaradılacaq” deyən iş adamı yeni pandemiyanın dünya iqtisadiyyatına 10 trilyon dollar zərər vuracağını təxmin edib. Diqqətə çatdırıb ki, dünya liderləri növbəti virusa hazırlaşmalı və qabaqcadan plan qurmalıdırlar: 

“Dünyada hər 5 ildən bir pandemiya təlimləri keçirilməlidir. 1000 dollara həyat qurtara bilərsiniz. Bundan daha qənaətcil bir şey yoxdur”, - milyarder vurğulayıb. (yenisabah)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.139491