Yeni müharibə təhlükəsi varmı? - Erməni nazir

2022-06-07 09:52:00

Yeni müharibə təhlükəsi varmı? - Erməni nazir

Azərbaycan-Ermənistan sərhədində müəyyən gərginlik qalmaqdadır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan deyib.

Sərhəddə Azərbaycanın qoşun cəmləşdirməsi, yaxud yeni müharibə təhlükəsinin olub-olmaması ilə bağlı suala erməni nazir belə cavab verib:

“Mən indi belə qiymətləndirmə edə bilmərəm. Hər halda Ermənistan ordusu sərhədlərimizin təhlükəsizliyini təmin etməyə hazır olmalıdır. İndiki mərhələdə biz heç bir təhlükə görmürük”.

Bundan əlavə, Papikyan bildirib ki, Ermənistan 13 şirkətlə cəbhə istiqamətində yeni yollar inşa edir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya