Yeni il qabağı Azərbaycan hotellərində astronomik qiymətlər: - Bir gecəsi 4860 manatdan

2022-12-15 12:24:00

Yeni il qabağı Azərbaycan hotellərində astronomik qiymətlər: - Bir gecəsi 4860 manatdan

Dekabrın 31-i Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü olduğundan artıq indidən ölkə vətəndaşlarının əksəriyyəti bu bayramları yaddaqalan etmək, təmtaraqlı keçirmək üçün fərqli məkanlar axtarır.

Bəs görəsən Yeni ildə hotellərdə, istirahət məkanlarında qiymətlər bayramı fərqli keçirmək istəyində olan hər kəs üçün əlçatandırmı?

Qəbələdə məşhur hotellərin çoxunda artıq bayram günləri üçün boş yer qalmayıb. Sputnik Azərbaycan-a "Qəbələ" Hotellər Qrupundan bildiriblər ki, "Gabala Tufandag City Hotel"də bayram gününə yer bron etmək mümkün deyil: Bu hotel üçün paketlər satılıb. Yalnız Tufandağda VİP kotec qalıb ki, onun da qiyməti 4860 manat təşkil edir. Buraya səhər yeməyi və yeni il gecəsi şam yeməyi daxildir.

Adminstrator qeyd etdi ki, Tufandağda VİP koteclər dağda olduğundan gediş-gəliş ancaq kanatla mümkündür. "Qafqaz Riverside Hotel" də isə iki nəfər üçün qiymət 1346 manatdır. Buraya dekabrın 31 günü üçün şou poqram, səhər yeməyi daxildir. "Qafqaz Resort Hotel" də isə yer yoxdur. Burada koteclərdə qiymət bayram günlərində iki gecə üçün səhər yeməyi daxil 750 manatdır.

Adminstrator onu da bildirib ki, "Gabala Tufandag City Hotel"də bayram günü üçün yerlər 1400 manatdan başlayaraq satılıb.

Qusar rayonunda yerləşən "Şahdağ Hotel & Spa" hoteldə dekabrın 30-dan yanvarın 2-dək bütün yerlər bron edilib. Burada bayram günlərində üç günlük istirahət iki nəfər üçün 1710-1900 manat təşkil edib. Qiymətə səhər yeməyi, qala gecədə şam yeməyi daxildir.

Qusarda "Zirvə" hoteldə bayram günləri üçün iki nəfərlik yerlər 1600 mantadan başlayır. Bura səhər yeməyi, şam yeməyi və qala şam yeməyi daxildir.

"Qaya Residences Şahdağ" hoteldə isə bir nəfər üçün bayram günü istirahət 1320 manatdır. Hotellər şəbəkəsinin qeydiyyat bölməsindən bildirdilər ki, bahalaşan təkcə hotel qiyməti deyil. Şahdağa gedib bayramı daha əyləncəli keçirmək, qarda xizək sürmək üçün qiymətlər bayram günlərində bahalaşacaq. Belə ki, dekabrın 17-dək Şahdağda xizək sürmək üçün qiymət böyüklər üçün 38, uşaqlar üçün 30 manatdırsa, dekabrın 17-dən sonra bu qiymət böyüklər üçün 46, uşaqlar üçün 34 manat olacaq.

Qubada yerləşən digər hotellərdə də hotellərin çoxu bayram günləri üçün doludur. "Quba Palace Hotel"də bayram günlərinə boş yer yoxdur. Amma Qusarda villalarda hələki boş yer tapmaq mümkündür. Qusarda Şahdağa çatmamış villaların bayram günləri üçün günlük icarə haqları isə bahalaşıb. Sputnik Azərbaycan-a "Qusar Villa"dan bildirdilər ki, bayram günləri üçün qiymətlər 1390 manatdan başlayır.

İsmayıllı rayonun Topcu kəndində kotecin qiyməti bayram günü üçün 400 manatdır. Buraya ancaq səhər yeməyi daxildir. Qiymətə şou proqram daxildir. Hazır bayram menyusunun qiyməti isə 150 manatdır.

"Şamaxı Palace Şərədil"də bayram günlərində istirahət 1450-1480 manatdıBura gündə 3 dəfə qidalanma, qala şam yeməyi, hovuz və sauna xidmətləri daxildir.

Cənub bölgəsində isə qiymətlər qismən ucuzdur. "Lankaran Springs Wellness Resort" da dekabrın 31- yanvarın 1-ə qiymət 160 manatdan başlayır.

"Starway Hotel Lənkəran" da iki nəfər üçün dekabrın 31-ə hoteldə gecələmək 60 manatdır.

"Marxal Resort& Spa" da bir günlük bayramda yer bron etmək mümkün deyil. Sputnik Azərbaycan-a hotelin admintrastoru bildirdi ki, hoteldə bayram günü üçün minimum iki gecəlik paket satılır. Buraya gündə üç dəfə qidalanma, qala gecə daxildir. Qiymət isə 1540 manatdır.

"Qax Resort" hoteldə yerlər bayram günləri üçün doludur. Qaxda villaların qiyməti 15-400 manat civarındadır.

"Səngər Qala" istirahət mərkəzində isə qiymət bayram günlərinə bir nəfər üçün 160 manatdır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.151089