Saat:01:00
Haqqımızda

Yeni icra başçısı müavinini işdən çıxardı

2025-12-15 16:26:52

Yeni icra başçısı müavinini işdən çıxardı

Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Hurriyyet.az-ın əldə etdiyi xəbərə görə, bu barədə icra başçısı Elxan İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Quliyev işdən çıxarılıb. O, 2021-ci il yanvar ayından bu vəzifəsdə çalışırdı.

Hələlik R.Quliyevin yerinə təyinat olmayıb.

Qeyd edək ki, Quliyev Ramiz Səmərxan oğlu 19.01.1966-cı ildə Bakı şəhərində anadan olub.

1974-1984-cü illərdə Bakı şəhəri, Nərimanov rayonu 82 nömrəli orta-ümumtəhsil məktəbində təhsil alıb. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1984-1985-ci illərdə hərbi xidmət keçib. 

1986-də Bakı Elektrik Hesablayıcı zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

1986-1989-cu illərdə Bakı İnşaat Texnikumunda təhsil alıb.

1988-1991-ci illərdə Təmir Tikinti İdarəsində tikinti ustası vəzifəsində çalışıb.

1991-1993-cü illərdə Nizami rayon Tikinti-təmir idarəsində iş icraçısı, rəis, baş mühəndis vəzifələrini tutub.

1993-1995-ci illərdə “Xəzri” Tikinti Firmasında direktor müavini, 1995-ci illərdə Təsərrüfat Hesablı Bərpa Təmir-Tikinti idarəsində rəis vəzifəsində, 1995-1997-ci illərdə Əhaliyə xidmət fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi 2 nömrəli trestində müdir vəzifəsində, 1997-1999-cu illərdə “Teomontaj” Dövlət Kiçik Müəssisəsində direktor müavini vəzifəsində çalışıb.

1998-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmuş, 2003-cü ildə həmin universitetin Mühəndis sistemlərinin və qurğularının tikintisi ixtisası üzrə bitirib.

1999-cu illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin Nəsimi rayon filialında rəis vəzifəsində, 1999-2001-ci illərdə 3 nömrəli Təsərrüfatlararası istehsalat Təmir-Tikinti Trestində rəis vəzifəsində, 2001-2020-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətində Ərazi İdarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.

2020-2021-ci illərdə Şəhərsalma və Arxitektura Komitəsində Regionlarla İş şöbəsində şöbə müdiri olub.

Prezident İlham Əliyevin 24 iyun 2024-cü il tarixli, 171 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 4 övladı var.

Xatırladaq ki, Prezident İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli Sərəncamı ilə Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Yenisabah.az