Saat:19:29
Haqqımızda

Yeni hakimlərdən biri Vətən müharibəsi iştirakçısıdır

2024-11-20 11:44:46

Yeni hakimlərdən biri Vətən müharibəsi iştirakçısıdır

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib. 

Hurriyyet.az-ın məlumatına görə, onlardan biri Vətən müharibəsi iştirakçısı Cavanşir Nəbiyevdir. Ədliyyə mayoru olan 34 yaşlı Nəbiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirən yeni hakim müxtəlif illərdə Müdafiə Nazirliyində təhqiqatçı, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi kimi vəzifələrdə çalışıb. 

C.Nəbiyev 44 günlük Vətən müharibəsində iştirakına görə Cəbrayılın, Füzulinin, Şuşanın azad olunmasına görə medalları, eyni zamanda “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.206683