Saat:05:21
Haqqımızda

Yeni döyüş təlimatı hazırlanır! - Nazir

2022-06-27 09:52:00

Yeni döyüş təlimatı hazırlanır! - Nazir

Azərbaycan Ordusunun Türkiyə modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanır.

Hurriyyet.az-ın məlumatına görə, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

“Vətən müharibəsi başa çatdıqdan sonra yaralanan və döyüşün psixoloji təsirinə məruz qalan hərbi qulluqçuların ölkəmizdə və qardaş Türkiyə Respublikasında müalicəsi və reabilitasiyası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib.

Müxtəlif səviyyəli qarşılıqlı səfərlərimiz ikitərəfli münasibətlərin inkişaf edilməsinə töhfə verməkdədir. İki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə olan əməkdaşlığımız uğurla inkişaf edir. Bu il Bakıda yüksək səviyyədə keçirilən və böyük marağa səbəb olan “TEKNOFEST Azərbaycan” festivalı xüsusi əhəmiyyət kəsb etməsi ilə yanaşı, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha bir bariz nümunəsi oldu”, - Zakir Həsənov qeyd edib.

“Vətən müharibəsində əldə edilən təcrübələrin təhlili əsasında Türkiyə Silahlı Qüvvələrinin də modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanır. Türkiyə Silahlı Qüvvələri zabitlərinin iştirakı ilə təşkil edilən bir çox kurslara xeyli sayda hərbi qulluqçunun cəlb olunması mütəxəssis hazırlığını yeni səviyyəyə yüksəldib.

Bilirsiniz, peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Bizim işimizi yüngülləşdirən və əvvəlcədən də nəticənin uğurlu olacağına təminat verən amil Ali Baş Komandanın ordu quruculuğunu prioritet məsələ elan etməsi, bu proseslə bağlı səmərəli ideyaların, aydın təsəvvürlərin və onun rəhbərliyi altında aparılan hərbi islahatların, atılan addımların konkret istiqamətləri üzrə dəqiq proqramın olmasıdır”, - Azərbaycanın müdafiə naziri vurğulayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR