"Yeni dəyişikliklərlə pensiya amnistiyası daha 3 il uzadılır" - VÜQAR BAYRAMOV

2022-11-18 15:12:00

"Hətta ən kiçik məbləğ pensiya kapitalı olan vətəndaşlarımız da yaşaya görə müavinət deyil, pensiya ala biləcəklər"

""Əmək Pensiyaları" haqqında Qanuna yeni dəyişiklik layihəsi bu gün Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olunub. Çoxsaylı sulları nəzərə alaraq qeyd etmək istərdim ki, dəyişikliklərdə məqsəd pensiyaya çıxış imkanlarını daha da genişləndirməkdir". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Pensiya amnitsiyası adlandırılan həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatırdı. Yeni dəyişikliklər ilə pensiya amnistiyası daha 3 il uzadılır. Belə ki, mövcud qanunvericiliyə əsasən yaşa görə pensiya almaq üçün ya 25 il ştaj və ya minimum pensiya kapitalı tələb olunur. Ancaq əgər vətəndaş 2018-ci ilinin iyulun 1-dək hətta 1 manat pensiya kapitalına malik olubsa o zaman onun 2006-cı ilədək olan ştajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır".

CESD sədrinin sözlərinə görə, praktik olaraq, bu dəyişikliklər ilə 2018-ci ilinin ikinci yarısınadək pensiya hesabında məbləğindən asılı olmayaraq vəsaiti olanlar pensiya almaq hüququn malik olacaqlar: "Hətta ən kiçik məbləğ pensiya kapitalı olan vətəndaşlarımız da yaşaya görə müavinət deyil, pensiya ala biləcəklər. Bu baxımdan, sözügüdən dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.163240