Saat:09:08
Haqqımızda

Yeni dərs ili başladı: Yenə süpürgəpulu yığılacaq?

2021-09-23 12:20:00

Yeni dərs ili başladı: Yenə süpürgəpulu yığılacaq?

Yeni tədris ilinin başlanması fərəhləndirici hal olsa da, həmişə müəyyən problemlərlə müşayiət olunur. 

Ötən illərin təcrübəsindən çıxış edərək deyə bilərik ki, valideynlər adətən şagirdlərdən fondpulu, süpürgəpulu yığılmasından, təmir və digər məqsədlər üçün vəsait toplanmasından şikayət ediblər.

Maraqlıdır, köhnə ildən qalan problemlər yeni tədris ilində aradan qaldırılacaqmı?

Orta məktəblərdə sağlam mənəvi mühitin yaranması üçün nə etmək lazımdır?

Təhsil eksperti Elşən Qafarov Yenisabah.az-a açıqlamasında deyib ki, bu halları aradan qaldırmaq üçün mübarizə aparılsa da, irəliləyiş əldə etmək mümkün olmayıb:

“Ümumtəhsil məktəblərində 152 min müəlim, təqribən bunun yarısı qədər texniki və tədris köməkçi heyəti çalışır. Üst-üstə baxanda 220 min civarında işçisi, 1 milyon 600 minə yaxın şagirdi olan nəhəng bir kollektivdən söhbət gedir. Zamanla bu hallar olub.

Bu hallar xüsusi ilə 2008-ci ildən başlayıb. 2008-2011-ci illərdə kütləvi olub. Bunun səbəbi o zaman tətbiq edilən yeni təhsil proqramı kurikulum idi. Guya qiymətləndirmə, test və summativə görə pul yığılırdı. Daha sonra isə müxtəlif adlarda yığmağa başlanıldı. Ən acınacaqlı hal budur ki, 2013-cü ildən bu yana çox ciddi mübarizə aparılsa da bu sahədə tam olaraq məyyən irəliləyiş etmək mümkün olmayıb. Düzdür, kütləvi halın qarşısı alınır, amma problemlər hələ də var”.

Hurriyyet.az xəbər verir ki, ekspertin sözlərinə görə, problemi yaradan səbəblərdən biri təhsil müəssisələrində olan nəzarətsizlikdir:

“Bəzi məktəblərdə müəyyən pulların alınması halı indi də var. Fərdi hallarda hansı aşkar olunursa, eyni qayda da tədbir görülür. Amma çox vaxt bu ictimailləşmir. Valideynlər çəkinir ki, övladlarına qarşı hansısa bir addım atılar.

Bu problemləri yaradan səbəblərdən biri nəzarətsizlikdr. Bu gün ümumtəhsil məktəblərinə nə nazirlik, nə də rayon şöbələri tərəfindən nəzarət mexanizmi qurulmayıb. İdarəetmə orqanlarının özündə rüşvət halları kütləvi hal alıb.

Məktəblərdə hər hansı adla pul yığılması yolverilməzdir. Bu müəllim adına yaraşmır. Etik davranış qaydalarının pozulması deməkdir. Buna qarşı mübarizə sistemli şəkildə olmadığı üçün ortadan qalxmır”.

E.Qafarov qeyd edib ki, hansı direktor müəllimdən pul gözləyirsə, həmin məktəbdə şagirdlərdən pul yığılır:

“Birinci növbədə məktəb direktorları və müavinləri günahkardırlar. Müəllim sıradan bir insan deyil. Müəllim bizim övladlarımızın tərbiyyəsi ilə məşğul olan şəxsdir. Hansısa bir valideyn fərdi qayda da “Müəllim günü”ndə müəllimini təbrik etmək istəyirsə, bu yaxşı bir haldır. Amma bu təbriki pula bağlamaq düzgün deyil.

Mən çox arzulayardım ki, bütün məktəblərdə hər bir şagird öz müəllimini təbrik etsin. Amma hansısa əl işi və açıqca ilə təbrik etsə, daha yaxşı olar. Müəllimə hörmət, diqqət, ehtiram pul ilə ölçülməməlidir. Müəllim əməyi pul ilə ölçüləsi deyil. Müəlimin adına pul yığılması onu nüfuzdan salır. Buna yol vermək olmaz.

Səbəb odur ki, məktəb direkoru müəllim günündə müəllimindən pul gözləyir. Müəllim də pulu alır, yarısın özünə götürür, yarısını da direktora verir. Hansı məktəbdə məktəb direktoru müəllimindən pul gözləmir, həmin məktəb uşaqdan pul yığmır.

Düşünürəm ki, bu tip hallara yol verilən məktəb direktorları ilə bağlı prokurorluğa, Korrupsiya ilə Mübarizə İdarəsinə Təhsil Nazirliyi özü məlumat verməlidir. Kadrlar bağlı çox ciddi qüsurlar var. Bu qüsurlar problemi tamamilə aradan qaldırmağa imkan vermir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR