“Yeni dəhlizin yaradılmasına imkan verməyəcəyik“ - İran səfiri

2023-02-09 15:39:00

“Yeni dəhlizin yaradılmasına imkan verməyəcəyik“ - İran səfiri

"Tezliklə İranda Ermənistanın baş konsulluğu açılacaq".

Hurriyyet.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri deyib.

O qeyd edib ki, söhbət Təbrizdə diplomatik nümayəndəlik açmaq planlarından gedir.

Səfir bildirib: “İki ölkənin liderləri hadisələri diqqətlə izləyirlər. Hər iki ölkənin xüsusi gündəliyi olmalıdır. Biz qonşu olmuşuq, qonşuyuq və olacağıq”.

Diplomat İranın Ermənistanda Qafan Baş Konsulluğunun açılmasını "nümunəvi addım" adlandırıb: 

"Gorus-Qafanmagistral yolunda yaranmış problemlər və bunun ardınca Ermənistan hökumətinin alternativ yolun yaradılması istiqamətində ciddi səyləri sübut edir ki, bizim rahat və təhlükəsiz yollara ehtiyacımız var. 

Əminik ki, Ermənistan və İran arasında yüksək keyfiyyətli və rahat nəqliyyat marşrutları iki ölkənin şoklararası arenada mövqelərini gücləndirmək üçün təsirli olacaq.

Bir az hiylə var, qondarma dəhlizlərdən, hansısa hərəkətlərdən danışılır, amma İran və Ermənistan belə bir dəhlizin yaradılmasına imkan verməyəcək.

Təşəbbüsün qarşı tərəfdən gəlməsinə imkan verməməliyik və sadəcə ona cavab verməliyik. Əksinə, təşəbbüsü özümüz ələ almalıyıq". 

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.166383