Saat:15:22
Haqqımızda

"Yeni COVID-19 ştamının öyrənilməsi həftələr çəkəcək"- ÜST

2021-11-26 19:54:00

B.1.1.529 koronavirusunun yeni variantının xüsusiyyətlərini öyrənmək bir neçə həftə çəkəcək.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi Kristian Lindmayer bildirib.

"Erkən təhlillər göstərir ki, bu virusda əlavə araşdırma tələb edən çoxlu sayda mutasiya var. Bu variantın təsirini öyrənmək üçün bizə bir neçə həftə lazımdır. Tədqiqatçılar mutasiyaları və onların nə dərəcədə ötürülə biləcəyini müəyyən etmək üçün çalışırlar", - Lindmayer qeyd edib.

O əlavə edib ki, yeni növ koronavirusun COVID-19-a qarşı vaksinlərin və onun diaqnostik vasitələrinin effektivliyinə potensial təsiri də öyrənilir. \\Manşet.az

 
1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR