Saat:07:59
Haqqımızda

Yeni başçının karyerası: idmançı, polis rəisi, deputat…

2024-07-08 18:00:01

Yeni başçının karyerası: idmançı, polis rəisi, deputat…

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Adil Əliyev Suraxanı rayonuna icra başçısı təyin edilib.

Hurriyyet.az xəbər verir ki, A.Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub.

O, 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən idman ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını, 1998-ci ildə isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

1992-1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.

1994-2003-cü illərdə daxili işlər orqanlarında müxtəlif vəzifələrdə - Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayonu Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib.

2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2003–2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.

2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını, 2010-cu ildə BDU-nun aspiranturasını bitirib.

9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Parlamentin III, IV, V və VI çağırış deputatı və sonuncu çağırış Milli Məclisin sədr müavini olub.

O, məşhur general, hazırda Belarusda Azərbaycanın səfiri vəzifəsində çalışan Məhərrəm Əliyevin qardaşıdır.

Ailəlidir, üç övladı var.

Axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.171739