"Yeni antiterror əməliyyatına başlaya bilərik" - Türkiyə lideri

2022-07-01 14:36:00

“Bizim təlaşa düşməyimiz üçün heç bir əsas yoxdur. Həmişə deyirəm ki, bir gecə qəfil gələ bilərik”.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Məlumdur ki, bir tərəfdən İraqın şimalındakı əməliyyatlar, digər tərəfdən isə Suriyanın şimalındakı əməliyyatlarımız davam edir. Afrində də işlər görürük. Əlbəttə, şəhidlərimiz də olur, amma hər şəhid qarşılığında 10 terrorçu məhv edilir. İndi də hərəkat davam edir. Amma, əlbəttə, indiyədək görülən işlərdən daha çox gözləntilər var. Bunu bilirəm. Bir az səbrli olsaq, indi həyata keçirdiyimiz əməliyyatların fövqündə bir əməliyyata da tam zamanında başlaya bilərik”, - dövlət başçısı vurğulayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.088587