Saat:02:30
Haqqımızda

Yəməndə həlak olan və şikəst qalan uşaqların sayı 10 mini keçib

2021-10-19 15:25:00

Yəməndə həlak olan və şikəst qalan uşaqların sayı 10 mini keçib

“Bu, gündə 4 uşaq deməkdir”

Hurriyyet.az xəbər verir ki, BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF), Yəməndə daxili müharibənin başlandığı 2015-ci ildən bəri döyüşlərdə həlak olan və ya şikəst qalan uşaqların sayının 10 mini aşdığını bildirib.

Təşkilatın mətbuat nümayəndəsi Ceyms Elder BMT-nin Cenevrə ofisindəki mətbuat konfransında Yəməndəki son vəziyyəti qiymətləndirib. O, Yəmənin şimal və Cənub bölgələrinə səfərləri zamanı çox sayda uşağın çətin vəziyyətdə olduğunu gördüyünü söyləyib: “Getdiyim bölgələrdə uşaq həkimləri, müəllimlər və tibb bacıları ilə görüşdüm. Mənə danışqdıqları hekayələr ölkənin məhv olmaq astanasında olduğunu göstərirdi”.

Elder Yəməndəki humanitar böhranın səbəblərinin şiddətli döyüşlər, iqtisadi tənəzzül, səhiyyə, qidalanma, su, gigiyena, təhlükəsizlik və təhsil kimi sistemlərin məhv olması olduğunu və BMT-nin yardımlarının kifayət eləmədiyini bildirib.

Elder deyib: “Yəməndə hər 5 uşaqdan 4-ü humanitar yardıma möhtacdır. Bu rəqəm 11 milyondan çox uşağı əhatə edir. 400 min uşaq qida çatışmazlığından əziyyət çəkir. 2 milyondan çox uşaq təhsil ala bilmir və 4 milyon uşaq məktəbdən uzaqlaşma riski altındadır. Müəllimlərin üçdə ikisi, yəni 170 min nəfər son 4 ildə sabit maaş ala bilmir. 1,7 milyon uşaq döyüşlər səbəbindən didərgin düşüb. 8,5 milyon nəfəri uşaq olmaqla, 15 milyon nəfər dinc vətəndaş içməli su, təmizlik, gigiyena imkanlarından məhrumdur. Beynəlxalq yardımın artırılmayacağı təqdirdə bu humanitar böhrandan əziyyət çəkən daha çox uşaq həyatını itirəcək”.

“Daxili müharibənin başlandığı 2015-ci ildən indiyə qədər öldürülən və şikəst edilən uşaqların sayı 10 min nəfəri keçib. Bu rəqəm orta hesabla gündə 4 uşaq deməkdir. Uşaqların ac qalmasının əsas səbəbi qida çatışmazlığından daha çox, döyüşlərin davam eləməsidir. Yəmən dünyada uşaqlar üçün ən ağır yaşayış şəraiti olan ölkədir və burada vəziyyət gündən-günə pisləşir”.

2014-cü ilin sentyabrından bəri Yəməndə İranın dəstəklədiyi husilər hökumət qüvvələri və 2015-ci ilin martından etibarən Səudiyyə Ərəbistanının lideri olduğu koalisiya qüvvələri ilə müharibə aparırlar.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR