Saat:15:34
Haqqımızda

Yəməndə Ərəb koalisiyası husilərə qarşı əməliyyata başladı – paytaxt bombalandı

2022-01-20 15:06:00

Yəməndə Ərəb koalisiyası husilərə qarşı əməliyyata başladı – paytaxt bombalandı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Yəmən hökumətini dəstəkləyən Səudiyyə Ərəbistanının liderlik elədiyi Ərəb koalisiyası Yəməndə İranın dəstəklədiyi husilərə qarşı irimiqyaslı əməliyyat keçirdiklərini bildirib. Məlumatı Səudiyyə Ərəbistanının SPA rəsmi informasiya agentliyi yayıb. Açıqlamada deyilir: “dinc əhalini hücumlardan qorumaq üçün hərbi prinsiplər çərçivəsində təhdidlərə cavab verilir”.

17 yanvar tarixində husilər Ərəb koalisiyasına daxil olan BƏƏ-ni İran istehsalı olan ballistik raket və dronlarla hədəfə almışdılar. Paytaxt Əbu-Dabinin Musaffah rayonuna hücum nəticəsində biri pakistanlı, iki pakistanlı olmaqla 3 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdı.

Hücumdan sonra Ərəb koalisiyası Yəmənin paytaxtı Sana şəhəri başda olmaqla, bir çox rayonda husilərin nəzarətindəki bölgələrə hava hücumlarını artırıb.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR