Saat:20:14
Haqqımızda

Yəmən rahat nəfəs alacaq – Səudiyyə Ərəbistanı ilə İranın barışığının bəhrəsi

2023-04-08 11:45:00

Yəmən rahat nəfəs alacaq – Səudiyyə Ərəbistanı ilə İranın barışığının bəhrəsi

Hurriyyet.az “Röyters” informasiya agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının nümayəndə heyəti gələn həftə Sənaya yol düşəcək. Agentliyin iki məlumatlı mənbədən aldığı xəbərə görə, səfərdə məqsəd Yəməndə sülh razılaşması əldə eləməkdir. Ölkənin paytaxtı Səna şəhəri də daxil olmaqla, Yəmənin bir sıra rayonlarına İran tərəfindən dəstəklənən husilər nəzarət edir.

Livanın “Əl Mayadin” agentliyi də Səudiyyə Ərəbistanının Yəməndəki müharibəni dayandırmaq və Yəmən məsələsini birdəfəlik bağlamaq niyyətində olduğunu bildirib.

Mənbələrin məlumatına görə, Səudiyə Ərəbistanı Yəmən Prezidentini və Prezident Şurasının üzvlərini Ər Riyada dəvət edib və onları bu ölkədəki böhranla bağlı son qərarlarından xəbərdar edib.

Bəlli olduğu kimi, Yəməndə uzun müddətdir ki, İranın dəstəklədiyi husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında vətəndaş müharibəsi davam edirdi. Müharibə ölkədə görünməmiş aclıq və səfalətə səbəb olub.

Xəbər verdiyimiz kimi, 2023-cü il aprelin 6-da Çinin paytaxtında son 7 il ərzində ilk dəfə olaraq İran ilə Səudiyyə Ərəbistanının XİN rəhbərlərinin görüşü keçirilib. Bu tarix iki müsəlman dövlətin barışıq günü kimi tarixə düşüb.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR