Yeməkdən sonra və ya yemək arasında içilən suyun fəsadları

2022-07-21 23:03:00

Yeməkdən sonra və ya yemək arasında içilən suyun fəsadları

Yeməkdən sonra içilən su bağırsağa keçə bilmədiyi üçün mədəni genişləndirir eyni zamanda mədə turşuluğunu azaldır və həzm prosesini uzadaraq çətinləşdirir.

Yemək arasında su içmək daha da qarışıq bir mənzərə meydana gətirir. Çünki yemək vaxtı su içən insan, qidanı yaxşı çeynəyə bilmir, tüpürcək vəziləri lazım olan miqdarda enzim ifraz edə bilmir və nəticədə həzm sistemi qida ağızda ikən pozulur.

Beləliklə İçilən su mədə turşusunun zəifləməsinə ,mədənin genişlənməsinə , qaraciyər və dalağında yüklənməsinə səbəb olur. Yeməkdən 2 – 3 saat sonra su içmək daha məqsədəuyğundur.

Çünki mədə turşusu qidanı həzm etməyə istifadə olunur və mədədəki maddələr nazik bağırsağa keçməyə hazır vəziyyətə gəlir. Su içmək üçün ən unikal vaxt budur və bu arada insanın susamış olması da normaldır.

Təsadüfi deyil ki Allah Qurani Kərimdə Əraf surəsi 31 ci ayədə belə buyurur ” Ey Adəm oğulları ,yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz ! ” Ayədə də göründüyü kimi suyun içilməsi yeməkdən sonra buyrulub.

 

Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov 

Qidaelmi.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.076011