Yeməkdən sonra uzanmağın dəhşətli zərərləri açıqlandı

2022-06-17 10:58:00

Yeməkdən sonra uzanmağın dəhşətli zərərləri açıqlandı

Yeməkdən sonra yayılıb uzanmaq zərərlidir.

Hurriyyet.az xəbər verir ki, qastroenteroloq həkim Natalya Marçenko yeyəndən sonra mədə-bağırsağa dəstək olmaq üçün ideal pozanı açıqlayıb:

“Yeməkdən sonra uzanmaq, yarıuzanılı vəziyyət mədədə, qarında ağırlıq, köp, göynəmə, reflüks yaradır. Buna adət edənlərdə mədədə orqanik dəyişiklik olur. Yeməkdən yarım saat sonraya kimi uzanmaq olmaz. Eləcə də aşağı əyilmək, iş görmək məsləhət deyil. Bu pozalarda sfinkterə təzyiq artır.

Xüsusən mədə-bağırsaq problemi olanlara yeməkdən sonra uzanmaq qəti qadağandır. Bu dispeptik sindromu artırır, müalicəyə mane olur.

Yeməkdən sonra ayaqları qarına sıxıb oturmaq, qaçmaq da olmaz.

Ən ideal variant yeməkdən sonra 15 dəqiqə düzgün oturmaq, 15 dəqiqə gəzməkdir. Yemək ağızda sıyıq hala düşənə kimi çeynənməlidir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya