Yekaterinburqda öldürülən azərbaycanlıların sayı beşə çatdı

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların evlərinə basqın nəticəsində xəsarət almış iki nəfərin də öldüyü məlum olub.
Məlumata görə, Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov xəstəxanada ölüb.
***
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların evlərinə basqın zamanı yaralanan daha bir həmyerlimiz ölüb.
Hurriyyet.az Teleqraf-a istinadla xəbər verir ki, qətlə yetirilən Kamal Qədiməli oğlu Səfərovdur.
Kamal Səfərov basqın zamanı öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının əmisi oğludur.
Kamal Səfərov dünən Federal Təhlükəsizlik Xidməti tərəfindən tutulub aparılıb. Onun işgəncə ilə döyülüb öldürüldüyü bildirilir.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterenburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib, Ziyəddin və Hüseyn Səfərov qardaşlarını döyərək öldürüb.
Onlar tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Basqın zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.
