Yəhudilər Lavrovdan üzr istəməsini tələb edirlər

2023-01-19 10:56:00

Yəhudilər Lavrovdan üzr istəməsini tələb edirlər

Avropa Yəhudi Konqresi Rusiya xarici işlər naziri Sergey Lavrovun rusları yəhudilərə, Qərbi isə Hitler və Napoleona bənzədən açıqlamasına reaksiya verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Avropa Yəhudi Konqresi bəyanat yayıb.

“Lavrovun demokratik ölkələr koalisiyasının hərəkətləri ilə Hitlerin Holokostun timsalında altı milyon yəhudini təqib etməsi və qətlə yetirməsi arasında etdiyi bu biabırçı müqayisə bizi şoka salır və qəzəbləndirir. Bu, Holokostun ən sadə formada təhrifidir və biz Lavrovu üzr istəməyə və bu şərhləri geri götürməyə çağırırıq”, - bəyanatda deyilir. (axar)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.134592