Saat:03:15
Haqqımızda

Yeddi uşaq anası Avropa Komissiyasının başçısı seçildi

2024-07-18 17:04:52

Yeddi uşaq anası Avropa Komissiyasının başçısı seçildi

Ursula fon der Lyayen vəzifəsində qaldı
Hurriyyet.az xəbər verir ki, Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında Ursula fon der Lyayen ikinci müddətə Avropa Komissiyasının başçısı seçilib. Səsvermənin keçirildiyi iclas zalından yayım Avropa Komissiyasının saytında nümayiş olunub.
Palamentin 720 üzvündən 401 nəfəri onun lehinə səs verib.
İxtisasca həkim olan Ursula fon der Lyayen Almaniyanın ilk qadın müdafiə naziridir. 7 övladı var.
Leyen  2022 və 2023-cü illərdə Forbes tərəfindən dünyanın ən güclü qadını seçilib.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.179662