Saat:11:24
Haqqımızda

YAZIÇI VƏ YOXSULLUQ... – Soyuqdan üşüyən Əlisa Nicatın evindən görüntülər...

2022-12-01 16:48:00

YAZIÇI VƏ YOXSULLUQ... – Soyuqdan üşüyən Əlisa Nicatın evindən görüntülər...

“Əlisa Nicatdan soruşuram, qalın geyinmisən, çox üşüyürsən? Deyir, ev soyuqdur.

- Bəs qaz gəlmir?

- Qaz peçi var, gecə 2-3 saat yandırıb sonra söndürürəm. Pul çox yazır, çatdıra bilmirəm”.

Tanınmış naşir, “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun “Feysbuk” səhifəsində paylaşdığı bu qısa dialoq sosial şəbəkələrdə trendə çevrilib. O, 100-dən çox kitabın müəllifi olan 87 yaşlı yazıçının fotolarını da səhifəsinə əlavə edib. Bir-birinin üstündən geyindiyi nimdaş paltarlar Əlisa Nicatın çətinliklər içində keçən həyatından xəbər versə də, dik duruşunu, gücünü itirməmiş vücudunu, sınmamış ləyaqətini, həm də üzündəki təbəssümü kölgələyə bilməmişdi...

Bu gün Şahbaz Xuduoğlu və “Əli və Nino” Nəşriyyatının direktoru Nigar Köçərli Əlisa Nicatı evində ziyarət edib, tanınmış yazıçının ağır həyatını göstərən fotoları və videoları sosial şəbəkələrdə paylaşıblar. Yazıçının məskunlaşdığı yarımtikilidə şərait bərbaddır, istilik sistemi yoxdur, o, kitablarla dolu otaqda qış paltarında oturur.

Xuduoğlu bildirib ki, Ə.Nicatın evinə ustalarla birgə gəlib, onlar istilik sistemini layihələndirib quraşdıracaqlar.

Nigar Köçərli sosial şəbəkə üzərindən ictimaiyyətə müraciət edərək yazıçıya maddi dəstək olmağa çağırıb.

Əlisa Nicata dəstək olmaq istəyənlər “Kapital Bank” kartına vəsait köçürə bilərlər: 

6768 6771 7676 6289 

Əlisa Hüseynov.

AzPolitika.info

 

 

 

 

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR