Saat:09:53
Haqqımızda

Yazıçı Elçinin son vəziyyəti açıqlandı

2024-04-24 11:32:30

Yazıçı Elçinin son vəziyyəti açıqlandı

Xalq yazıçısı Elçin Əfəndiyev bir neçə gün əvvəl əməliyyat edilib. 

Hurriyyet.az xalq yazıçısının vəziyyətini öyrənmək üçün onunla əlaqə saxlayıb. 

Katibi Elçin Əfəndiyevin hələ də xəstəxanada olduğunu bildi

"İstanbuldadır, vəziyyəti yaxşıdır, hər şey bərpa olunur. Elə də ağır əməliyyat deyildi. Təhlükəli bir şey yoxdur. 

Daxili bir problemlə bağlı əməliyyat idi. Hər şey qaydasındadır", - açıqlamada deyilir. 

Elçinin Azərbaycana nə zaman qayıdacağı hələlik məlum deyil. 

Qeyd edək ki, Elçin Əfəndiyev yazıçı İlyas Əfəndiyevin oğludur. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb. 

modern.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.169584