Saat:02:06
Haqqımızda

Yayda qazılan yollar niyə hələ də düzəldilmir? - VİDEO

2024-02-04 00:05:42

Yayda qazılan yollar niyə hələ də düzəldilmir? - VİDEO

"Yevlax şəhəri, Sadıqcan küçəsində vəziyyət acınacaqlıdır. İstədik ki, sakinlərlə birgə bu problemi öz vəsaitimiz hesabına həll edək, ancaq gücümüz çatmadı".

Hurriyyet.Az xəbər verir ki, bunu qafqazinfo.az-a Yevlax sakini Natiq Hüseynov deyib. Şikayətçi bildirib ki, sözügedən ərazidə küçələr qazılaraq su xətti çəkilib, sayğac quraşdırılıb. Lakin işlər bitdikdən sonra qazılan yollarda heç bir bərpa işi aparılmayıb. Yaydan bəri davam edən problemi həll etmək üçün küçəyə sarı torpaq tökülsə də, bu ərazini daha da palçıqlı hala gətirib.

Vətəndaş Yevlax şəhəri 7 nömrəli orta məktəbə gedən yolların da eyni vəziyyətdə olduğunu deyir: "Uşaqlar məktəbə gedəndə bütün üst-başları palçıq olur. Bu yollar əvvəl də problemli olub, qonşularla birgə öz hesabımıza daş tökdürmüşük. Ancaq qazıntı işləri yolların daha da pis hala qalmasına gətirib çıxardı".

Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanladıq. Qurumdan saytımıza bildirildi ki, həmin əraziyə su xətti podratçı şirkət tərəfindən çəkilib: "Növbəti mərhələdə su xətlərinin evlərə çıxışı ilə yanaşı, podratçı şirkət tərəfindən yolların da əvvəlki halına qaytarılması təmin olunacaq. Burada Dövlət Su Ehtiyatları Agentliyinin köhnə və təzə su xətlərindən axıntı yoxdur. Yağış yağdığı üçün belə mənzərə yaranıb".

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR