Saat:13:40
Haqqımızda

“YAXŞI GÖRÜŞ OLDU, AMMA...” – Tramp Ukrayna danışıqlarından “nə çıxacağını” özü də bilmir

2025-12-04 10:27:01

“YAXŞI GÖRÜŞ OLDU, AMMA...” – Tramp Ukrayna danışıqlarından “nə çıxacağını” özü də bilmir

ABŞ Prezidenti Donald Tramp Kremldə Stiv Uitkoff və Cared Kuşner ilə Vladimir Putin arasında aparılan danışıqlardan qismən razıdır.

Hurriyyet.az xəbər verir ki, Tramp görüşü ümumilikdə tərifləsə də, onun hər hansı bir nəticə verəcəyinə şübhə ilə yanaşdığını bildirib: "Bu görüşdən nə çıxacağını deyə bilmərəm, çünki tanqo üçün iki nəfər lazımdır. Düşünürəm ki, onlarla bəzi yaxşı şeylər əldə etdik".

Eyni zamanda, o, Ukrayna ilə bağlı sülh danışıqlarının gələcək perspektivlərinin qeyri-müəyyən olduğunu deyib: "Kremlin nə etdiyini bilmirəm, amma deyə bilərəm ki, Uitkoff və Kuşner Putinlə yaxşı görüş keçiriblər".

O, həmçinin bildirib ki, Uitkoff və Kuşner Putinin müharibəyə son qoymaq istədiyinə inanır. Tramp həmçinin deyib ki, müharibə 2025-ci ilin fevral-mart aylarında başa çatmalı idi: "Bilirsiniz, mən bu ofisdə dedim ki, “Əgər kozırlarınız yoxdursa, indi danışıqlar aparmaq vaxtıdır”. Düşünürdüm ki, bu, münaqişəni həll etmək üçün daha yaxşı vaxt olardı, amma onlar bunu etməməyə qərar veriblər. Hazırda onların çoxlu problemləri var".

Bu arada "The Telegraph" qəzeti yazır ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün aparılan danışıqlar dalana dirənib və Donald Tramp sülh prosesindən çıxa bilər.

Media həmçinin bildirir ki, bu gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun Mayamidə Stiv Uitkoff və Cared Kuşnerlə görüşü planlaşdırılır.

AzPolitika.info