Yaxın vaxtlarda çörəyin qiyməti artacaq - Səbəb açıqlandı

2022-06-10 15:48:00

Yaxın vaxtlarda çörəyin qiyməti artacaq - Səbəb açıqlandı

“Yaxın zamanlarda çörəyin və un məhsullarının qiymətinin artmasının şahidi ola bilərik”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə çörəyin qiymətin bahalaşması ilə bağlı müzakirələr gedir. Ekspertlər bahalaşmanın gözlənilən olduğunu bildirirlər. Bu məsələ insanlar arasında narahatlığa səbəb olub. Hətta bəzi şəxslər yerli istehsalın daxili tələbatımızı ödəmədiyini bildirib.

Ekspertin sözlərinə görə, dünya bazarında ciddi bahalaşma müşahidə olunur: 

“Azərbaycan taxıla olan ehtiyatlarının 25 faizini yerli resurslar hesabına ödəyir, 75 faizini xaricdən alır. Ötən il taxılın böyük hissəsi Rusiyadan alınmışdı. 2021-ci ildə xaricdən 1 milyon 190 min tona yaxın taxıl almışıq. Bunun 907 min tonu məhz Rusiyadan alınıb. 

Hazırda Rusiya ilə bağlı müəyyən problemlər yaşanır. Buğdanın ixracı ilə bağlı Rusiyanın özünün gətirdiyi məhdudiyyətlər var. Dünya bazarında çox ciddi bahalaşma müşahidə olunur. 2019-cu ildə 1 tonu 180 dollar olan buğdanın bu gün qiyməti 440-460 dollar arasında dəyişir”.

N.Cəfərli qeyd edib ki, son 2 ildə kifayət qədər qiymət artımı müşahidə olunub:

“Azərbaycan Qazaxıstanla da müqavilə imzalayıb. İdxalı xeyli artırmışıq. Ölkəyə ilk 4 ayda 306 min ton buğda gətirilib ki, bunun da böyük əksəriyyəti Qazaxıstandandır.

Problem yoxdur. Ölkənin ehtiyatları var. Lakin qiymət kəskin bahalaşıb. Bu yaxınlarda ölkənin ən böyük un istehsalçılarından biri olan "Karmen" şirkəti ziyanla işlədiyinui açıqladı. Son aylar artıq ziyana düşdüyünün siqnallarını verdi. Bu isə o deməkdir ki, qiymət artımı ola bilər. Çox güman ki, olacaq. Buğdanın qiymətinin artması istər-istəməz unun və un məhsullarının qiymətinin artması deməkdir.

Nəticə etibarı ilə bu gün taxılı 440-460 dollara alırıqsa, bu, bir müddət sonra unun da qiymətinə öz təsirini göstərəcək. Göstərməyə bilməz.Yaxın zamanlarda çörəyin və un məhsullarının qiymətinin artmasının şahidi ola bilərik”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya