Yaxın günlərdə Bakıya qar yağacaq? - Bu tarixdə...

2022-12-13 23:15:00

Yaxın günlərdə Bakıya qar yağacaq? - Bu tarixdə...

Dekabr ayının sonunadək Bakıda qarın yağıb-yağmayacağı hər kəsi düşündürən suallardandır.

Havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir. Beynəlxalq hava proqnozu xidmətləri Azərbaycanda dekabrın 20, 21 və 22-nin daha soyuq olacağını proqnozlaşdırırlar. Ayın 20-nin ölkənin şimal bölgəsinə qar yağacağı proqnozlaşdırılır. Həmin gün Şamaxıya sulu qar yağacaq.

Dekabrın 20-si Bakıda gündüz 5 dərəcə gecə isə 4 dərəcə isti olacağı bildirilir. Yağıntı olacağı ehtimal edilir. Proqnoza görə, dekabrın 20-si Bakıda ən soyuq temperatur qeydə alınacaq. Belə hava şəraiti 3 gün davam edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 şaxta, gündüzlər 10-15, bəzi günlərdə 1-5 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-35 mm) olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 7-12 şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 27-53 mm) olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 10-15 isti, bəzi günlərdə 3-8 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-32 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.

Gecələr havanın temperaturu 2-7 isti, bəzi günlərdə 3-8 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 24-48 mm) olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Gecələr havanın temperaturu gecə 3-8 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 4-8 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 19-32 mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 4-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, dağlarda 5-10 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 3-7 dərəcə isti təşkil edəcək.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 45-106 mm) olacaq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.160437