"Yaşlı müəllimlər kurikulumun tətbiqində çətinlik çəkirlər" - FAKT BUDUR!

2022-08-09 14:06:00

Artıq 10 ildən çoxdur ki, kurikulum anlayışı Azərbaycan təhsil sisteminə gətirilib. Bəs kurikulum Azərbaycanın təhsil müəssisələrində praktik baxımdan tətbiq oluna bilirmi?

Hurriyyet.az-ın məlumatına görə, bununla bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanov bildirib ki, gənc müəllimlər kurikulumun tətbiqinə tez uyğunlaşsalar da, Sovet təhsilində pedaqoji fəaliyyətlə məşğul olan yaşlı müəllimlər çətinlik çəkirlər:

"Kurikulum əslində yol xəritəsi, təhsil planı deməkdir. Bunun qərb ölkələrində demək olar ki, 100 ildən çox tarixi var. Kurikulum təhsil prosesində hansı fənnin necə tədris ediləcəyi və o fənnin tədris içərisindəki yerini izah edən bir plandır. Azərbaycanda müstəqillik əldə edəndən sonra dünya təhsil sisteminə inteqrasiya məqsədli olaraq kurikulum tətbiq olunmağa başladı. Amma 2010-cu ildən sonra həm konsepsiyası, həm fənnlərin hər biri üçün kurikulumlar yeniləndi. Əvvəl kurikulum tədris planı , bəzən yol xəritəsi şəklində açıqlanlrdı.Ümumi olaraq dediyim kimi kurikulum iki sistemi əhatə edir. Biri o fənnin tədis planı, fənni tədris edərkən hansı ardıcıllıqla tədris edilməsi, ikincisi fənnin tədris içindəki yeridir. Burda fənlərarası əməkdaşlıq, inteqrasiya kurikulumda yer alır və təhsil alanların bu metodla fənlərarası inteqrasiyadan istifadə edərək daha effektiv öyrənməsinə kömək edir.

Təbii ki, tətbiqə gənc müəllimlər daha tez uyğunlaşır. Çünki bu sistemdə öyrənmədə sadəcə biliyin ötürülməsi deyil, şagirdlərdə analitik düşüncə və kollektivlə işləmə qabiliyyətinin inkişafı da nəzərdə tutulur. Şagirdləri qruplara bölərək qrup içərisində öyrənmə, özünü ifadə etmə bacarğənın inkişafı da nəzərdə tutulur. Qeyd etdiyim kimi, Sovet təhsil sistemində pedaqoji fəaliyyətlə məşğul olan yaşlı müəllimlər kurikulumun tətbiqində müəyyən çətinliklər yaşayırlar. Son illərdə məzun olan gənclərimiz pedaqoji ixtisaslarda bu sistemin tətbiqi ilə əlaqədar kifayət qədər ədəbiyyat oxuyurlar, təcrübə əldə edirlər. Ona görə də onlar bu sistemi daha müvəffəqiyyətlə tətbiq edirlər. Kurikulumun bir başqa mahiyəti də bundan ibarətdir ki, Azərbaycan təhsili qlobal təhsilin bir parçasıdır. Müxtəlif beynəlxalq imtahanlar, monitorinqlər keçirilir və bu səbəbdən də dünyada tətbiq olunan bənzər bir sistem biz də tətbiq etməliyik. Burda həm dərsliklərin dünya səviyyəsinə uyğunlaşdırılması və hansı şəkildə tədris olunacağı, dünyanın qabaqcıl ölkələrinə uyğunlaşması kurikulum sisteminin mahiyətdə yer alır. Amma məktəblərimizdə müəyyən yanlışlar olur. Həm ənənəvi, həm müasir sistem bir arada tətbiq etməyə çalışılır. Bu da haqlı olaraq valideynlərin və şagirdlərin narazılığına səbəb olur. Bu sistem əslində əzbərdən çox analitik düşüncə, özü araşdırıb tapma istiqamətlidir, amma bəzən müəllimlər həm əvvəlki ənənəvi təhsilin bütün yükünü,həm də yeni müasir yanaşmanı şagirdə çatdırmağa çalışırlar. İkisi bir arada olduğu zaman şagirdlər bu yükü qaldıra bilmirlər. Burda müəllimlərə təlimlərin keçilməsi, metodiki göstərişlərin verilməsi vacibdir. Kurikulum təkmilləşməli,qabaqcıl müəllimlərin təcrübəsi yayılmalıdır. Düşünürəm ki, kurikulum düzgün istifadə olunursa, faydalı sistemdir. Burda həm qiymətləndirmə fərdidir,həm şagirdin qabiliyyət və bacarıqlarına yönələn fərdi çalışmalar, qrup işi,şəxsiyyətə yönələn inkişaf vacibdir. Müəllim burada müəyyən problemlər ortaya qoyur və həllini şagirdlərə qrup işi ilə yönləndirir. Bu metodla öyrənmə daha qalıcı olur. Şagirdlər hər fənnin mahiyətini öyrənir və digər fənlərlə inteqrasiyasını anlayır. Qeyd etdiyim kimi, bu istiqamətdə müxtəlif metodiki vəsaitlər,təlimlər, treyniniqlər faydalı ola bilər. Son illərdə müəllimləri işə qəbul və sertifikasiya imtahanlarında sualların əhəmiyyətli hissəsi kurikulumun tətbiqi ilə əlaqəli olması insanların bu sahədə məlumatlılğına müsbət təsir göstərib".

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.080952