Saat:04:18
Haqqımızda

“Yasin Hüseynzadəni məhkəməyə çıxarıb tezliklə edam edə bilərlər”

2023-01-28 12:31:00

“Yasin Hüseynzadəni məhkəməyə çıxarıb tezliklə edam edə bilərlər”

“Burada söhbət həmin qatilin edam olunub-olmamasından getmir. Əlbəttə ki, qatil edam da oluna bilər, yaxud İran hakimiyyəti bunu nümayişkaranə bütün dünyaya göstərə bilər ki, biz cinayətkarı ən qısa müddətdə saxladıq, məhkəməsini keçirdik və edam etdik”. 

Hurriyyet.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Azər Rəşidoğlu deyib. 

Politoloq ötən gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum təşkil edən Yasin Hüseynzadənin edam olunub-olunmayacağı məsələsinə münasibət bildirib.

Analitikə görə, əslində, bu rəsmi Bakıya verilən bir mesaj idi: 

“O mesajın nəyə görə verildiyini biz bilmirik. Onu, ancaq dövlət və yüksək postda oturanlar bilir. Çünki biz, ancaq onların dediklərindən informasiyanı götürüb təhlil edirik. Sözsüz ki, bu, İsraildə səfirliyin açılması, yaxud dəhliz məsələsi ola bilər. Lakin gerçək məsələnin nə olduğunu biz hələ də bilmirik”.

Müsahibimizin fikrincə, əgər İran növbəti gərginlikdə və birbaşa savaşda maraqlı deyilsə, əlbəttə ki, Yasin Hüseynzadəni tezliklə məhkəməyə çıxarıb edam edəcək və bununla da məsələni ört-basdır etməyəcək: 

“Yox, əgər onlar gərginlikdə və birbaşa savaşda maraqlıdırsa, bu terror aktları davam edəcək və ancaq səfirliklər hədəf seçilməyəcək. İran istəyəcək ki, Azərbaycanda İrana qarşı hansısa bir sərt addımlar atılsın və o, bundan istifadə edərək savaşa qatılsın”. 

Onun fikrincə, burada əsas məqsəd ölkədə baş verən daxili problemlərdən diqqəti yayındırmaqdır: 

“İran və Rusiya kimi dövlətlər üçün xarici düşmən amili diqqəti daxili problemlərdən yayındıra bilər. Bu baxımdan, Azərbaycanla ola biləcək qısamüddətli savaş diqqəti daxildəki məsələlərdən yayındıra bilər”. 

“Eləcə də bu məsələdə üçüncü - kənar qüvvələri də qeyd etmək olar. Məsələn, İsrail, ABŞ və Rusiyanın dərhal reaksiyaları oldu. Hiss olunur ki, üçüncü tərəf də münasibətləri daha da gərginləşdirməyə və savaşın çıxmasına maraqlıdır. Müəyyən üçüncü qüvvələr Rusiya-Ukrayna savaşını İran-Azərbaycan savaşı müstəvisinə transfer etmək istəyir. Yəni Rusiya rolunda İran, Ukrayna rolunda isə Azərbaycan ola bilər”, – söyləyib. 

Həmsöhbətimiz güman edir ki, bütün bu məsələlərdə çevik dilomatik fəaliyyət tələb olunacaq: 

“Azərbaycan savaşa getməli deyil, çünki bunun riski çox böyükdür. Diplomatik müstəvidə biz bunun cavabını verməliyik. Hələ ki hadisələr o qədər qarmaqarışıqdır ki, konkret fikir yürütmək çox tezdir. Terror aktıdırmı bu? Bəli, terror aktıdır. Həmin cinayətkar edam oluna bilərmi? Oluna bilər, ancaq mesajın nədən ibarət olduğunu biz yalnız ehtimal edə bilərik. Buna yalnız Azərbaycanın xarici siyasəti və təhlükəsizlik məsələləri ilə məşğul olan şəxslər cavab verə bilər”. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR