Saat:22:55
Haqqımızda

“Yasin Hüseynzadə SEPAH-ın üzvüdür, kod adı... ” - Şok açıqlama

2023-01-28 10:08:00

“Yasin Hüseynzadə SEPAH-ın üzvüdür, kod adı... ” - Şok açıqlama

"Tehrandakı Azərbaycan səfirliyində terror aktı törədən İran vətındaşı Yasin Hüseynzadənin, istintaq təcridxanasında deyil, televiziyaların qarşısında (qatilin) mətbuat konfransı keçirib, törətdiyi əmələ izah verməsi, məsələ barədəki qalan şübhələrə də, tamamilə aydınlıq gətirdi. 

Guya, onun, 9 aydır itən arvadını Azərbaycan səfirliyində axtarması, orada gizlədilməsi və bu səbəbdən oraya gedib hadisə törətməsi kimi absurd bir uydurma göstərir ki, bu terror xüsusi mərkəzdə planlı hazırlanıb. Azərbaycan səfirliyi üzərinə terrora bəraət üçün çirkin yolla namus şəri atılma cəhdidir. Dünya diplomatiya tarixində səfirliyiə bu cür absurd şər atılmayıb". 

Hurriyyet.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas-kriminalist İlqar Altay deyib. İlqar Altay biıldiirb ki, Yasin Hüseynzadə İranın dövlət terrorunu həyata keçirən SEPAH hərbi təşkilatı üzvüdür (xüsusi kod adı da var). Hüquqşünasə əmindir ki, bu hadisə dövlət terrorudur: "Terror aktlarının da fərqli, açıq, nümayişkəranə, saymazyana, nəyinsə heyfini çıxma, qisas alma kimi siyasi mesaj formasıdır Azərbaycana qarşı. Bunu o, heç gizlətmir də, öz son hərəkətləri ilə. 

Və bu artıq, İranın skandal durumda görüb də, onlara hirsli, heyif çıxma ilə yanaşdığı ölkələrin səfirliyinə qarşı təşkil etdiyi ilk, dövlət səviyyəli qisas aktı deyil. Və hətta 2011-ci ildə Britaniya səfirliyinə Tehranda digər formada bir dağıdıcı basqının özüm şəxsən şahidi olmuş və reportaj araşdırma hazırlamışam mətbuatda dərc edilib. 

Məncə, İranın belə hərəkətinə qarşı ölçü-biçili təsirli addımlar atılmalıdır. Əks halda, dayanan deyil bu rejim, daha da artıracaq belə təxribatlı və terror addımlarını. Ümumiyyətlə isə, dövlətli, xalqlı, cəmiyyətli birlikdə İranın Azərbaycandakı bütün şəbəkələrini, dayaqlarını qətiyyətlə ləğv edib, silib atmaq lazımdır. Düşməndir, bu rejim". 

yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR