"Yaşasın Pakistan" deyən uşaq öldürüldü
2025-04-29 18:12:06
Hurriyyet.az xəbər verir ki, Hindistanda “Yaşasın Pakistan” şüarını səsləndirən uşaq döyülərək öldürülüb.
Hindistanda kriket turniri zamanı "Pakistan Zindabad" ("Yaşasın Pakistan - red.") siyasi şüarını səsləndirən uşağı izdiham döyərək öldürüb.
Hindistan mətbuatının məlumatına görə, insident 10 komandanın iştirakı ilə kriket turnirinin keçirildiyi Banqalor şəhərində baş verib. Oyun zamanı bir oğlan Pakistanı dəstəkləyən şüar səsləndirdiyinə görə, qaraguruh tərəfindən vəhşicəsinə döyülərək ağır yaralanıb. Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisədən sonra Banqalor polisi 10 nəfərdən artıq şəxsi edib.
Hürr Tərcüman
