Yasamalda qadın küçədə bıçaqlandı - Video
2023-08-29 16:00:00

Yasamal rayonunda qadın küçədə bıçaqlanıb.
Hurriyyet.az xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
Orta yaşlı kişi yolda gedən qadına yaxınlaşaraq, ona bıçaqla xəsarət yetirib. Qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Məlumata görə, onlar tanış olub, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Videonu jurnalist Könül Aypara sosial şəbəkə hesabında paylaşıb.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya