Saat:14:51
Haqqımızda

Yasamalda niyə qaz yoxdur? - Açıqlama

2024-01-27 15:17:10

Yasamalda niyə qaz yoxdur? - Açıqlama

Bakının Yasamal rayonunda baş verən qəzanın nəticələri aradan qaldırılır.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, ötən gün paytaxtın Yasamal rayonu, Xocasən QPS-dən qidalan diametri 530 mm-lik qaz xəttinin Məmmədşərif Həmidov küçəsindən keçən hissəsində qəza halı baş verib:

"Dərhal yaranan problemlə bağlı SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin çox sayda işçi qrupu və texnika cəlb olunub. Gecə saatlarından etibarən qəza xidməti əməkdaşları tərəfindən təmir işləri davam etdirilir. Məlumat üçün bildirək ki, qısa müddət ərzində işlərin yekunlaşdırılaraq qaz təchizatının bərpası təmin ediləcək".

Qeyd edək ki, dünən axşam saatlarından Yasamal rayonu ərazisində qaz kəsilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR