Saat:16:41
Haqqımızda

Yarım milyondan artıq kambocalı qaçqına çevrildi

2025-12-25 12:28:34

Yarım milyondan artıq kambocalı qaçqına çevrildi

Hurriyyet.az TASS informasiya agetliyinə istinadla xəbər verir ki, Kambocanın 630 min nəfərdən artıq sakini Tailandla dekabrın 7-də başlanan münaqişə səbəbindən məcburi köçkünə çevrilib. Onların əksəriyyəti qadınlarla uşaqlardır. Bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat verib. Nazirliyin məlumatına görə, 636,6 mindən artıq sakin daimi yaşayış yerini tərk edib. Onlardan 534 min nəfərdən artığı qadınlarla uşaqlardır. 
Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, Tailandla münaqişə zamanı Kambocada 31 nəfər dinc sakin həlak olub, azı 87 nəfər mülki vətəndaş yaralanıb. Dekabr ayı ərzində sərhəd rayonlarında 125 yaşayış evi, bir neçə dini obyekt, şəhər və nəqliyyat infrastrukturu zədələnib. 
Dekabrın 8-də Tailandın Quru Qüvvələri bəyan etmişdi ki, Kamboca hərbçiləri onların sərhəd zonasındakı mövqelərinə atəş açıblar. Tailandın HHQ-i buna cavab olaraq Kambocanın hərbi infrastrukturunu atəşə tutmuşdular.
Hürr Tərcüman