Yardımlıya sel düşdü: bu yol sıradan çıxdı - Foto
2023-08-26 16:29:41

Yardımlı rayonuna yağan güclü yağış nəticəsində yaranan sel suları Yardımlı-Deman-Arvana avtomobil yolunun 14-24-cü kilometrlik hissəsində yol örtüyünü yuyaraq sıradan çıxarıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Nəticədə yolun sözügedən kilometrliyində yol örtüyü tamamilə yararsız vəziyyətə düşüb.
Dərhal təbii fəlakət baş verən əraziyə Agentliyin canlı qüvvəsi və texnikası cəlb edilib. Avtomobil yolunun əsaslı şəkildə bərpa olunması istiqamətində hadisə baş verən andan etibarən əməkdaşlarımız fasiləsiz olaraq ərazidə xidmətlərini davam etdirir, təbii fəlakət səbəbindən yolda yaranmış fəsadlar aradan qaldırılır./axar.az/
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya