“Yardımlıda mobil telefona mesaj gəlir ki, İrana xoş gəlmisiniz“ - Deputat

2022-12-09 14:36:00

“Yardımlıda mobil telefona mesaj gəlir ki, İrana xoş gəlmisiniz“ - Deputat

Azərbaycanın bir sıra bölgələrində İran radio və televiziyalarının Azərbaycanın efir məkanına müdaxiləsi aradan qaldırılmalıdır.

Hurriyyet.az Report-a istinadla xəbər verir ki, bunu deputat Musa Qasımlı Milli Məclisin plenar iclasında deyib.

"Kür çayını keçəndən sonra İran televiziya və radioları bizim efir məkanımıza daxil olur.

Bundan başqa, Yardımlı rayonunun sərhədyanı kəndlərinə gedəndə mobil telefona mesaj gəlir ki, İrana xoş gəlmisiniz. Bunun qarşısı birmənalı şəkildə alınmalıdır. Bu bizim milli dövlət maraqlarımıza ziddir, informasiya təhlükəsizliyimizə təhdiddir", - deyə deputat vurğulayıb.

M. Qasımlı hesab edir ki, Ucqar dağ kəndlərində internetin keyfiyyəti təmin edilməlidir: "Bu ərazidə yüksək keyfiyyətli interneti təmin edə bilməyən, amma lisenziyası olan şirkətlər sıradan çıxmalıdır".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.140813