Yaralı erməni əsgərə yardım edən hərbiçimiz bu məşhur şəxsin qardaşı oğludur - VİDEO

2022-09-13 19:12:00

Yaralı erməni əsgərə yardım edən hərbiçimiz bu məşhur şəxsin qardaşı oğludur - VİDEO

Xəbər verdiyimiz kimi ötən gecə  Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.Baş verən atışmada erməni əsgəri güllə yarası alıb. Azərbaycan əsgərləri isə ona ilkin tibbi yardım göstərir, yarasını bağlayır və ağrıkəsici vururlar.

Həmin videoda humanistlik göstərən əsgərlərdən biri “Yeni Müsavat” qəzetinin şef redaktoru Xalid Kazımlının qardaşı oğludur.  Jurnalistin özü bu barədə məlumat verib:

“Bu videoda yaralı erməni əsgərinə yardım edənlərdən biri qardaşım oğludur. "Məndə var, məndə var" deyən. XTQ-çidir. Özü də o, xidmətə hərbi komissarlıqla iki il döyüşəndən sonra getdi. Aparmırdılar. Ağırlıq qaldırma atletidir. Özünü zora salmışdı, deyirdilər, ürəyində problem var. Dalaşa-dalaşa getdi, dedi, elə kişilik yoxdur. Ön cəbhəyə göndərilməsini özünün xahiş etdiyinə əminəm. Allah bütün əsgərlərimizi qorusun, içində də mənim qardaşımın balasını ...”


 

Manşet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.068537