Saat:11:42
Haqqımızda

Yaponiyadan Rafaha hücumla bağlı açıqlama

2024-02-12 16:55:16

Yaponiyadan Rafaha hücumla bağlı açıqlama

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Yaponiya XİN-in rəsmi təmsilçisi Kobayasi Maki rəsmi Tokionun İsrail ordusunun Qəzza ilə Misir sərhədindəki Rafah şəhərinə hücumları ilə bağlı dərin narahatlıq keçirdiyini bildirib.
O, Rafahda 1 milyon nəfərdən artıq fələstinli qaçqının sığınacaq tapdığını, şəhərin humanitar yardımın çatdırılmasında əsas rol oynadığını da qeyd edib. Yaponiya XİN-in təmsilçisi hücum nəticəsində Rafah şəhərinin mülki əhalisi, o cümlədən, qadınlar, uşaqlar və ahıllar arasında qurbanların sayının artdığını bildirərək deyib: "Humanitar vəziyyətin tezliklə yaxşılaşmasını təmin etmək, humanitar yardım fəaliyyətini gerçəkləşdirmək üçün mühitin və şəraitin formalaşdırılması çox mühümdür".
Kobayasi münaqişə tərəflərini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa əməl eləməyə çağırıb.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.184394