Yaponiyada Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə mindi

2022-06-07 12:42:00

Yaponiyada Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə mindi

Hurriyyet.az xəbər verir ki, Yaponiya hökuməti Rusiyanın “Rosselxozbank” və “Moskva Kredit Bankı”na, həmçinin Belarusun İnkişaf və Yenidənqurma Bankına qarşı yeni sanksiyalar irəli sürüb.

Həmin bankların Yaponiyadakı mövcud aktivlərin dondurulmasını, həmçinin bu təşkilatlarla maliyyə əməliyyatlarının keçirilməsinin qadağan edilməsi bu gündən – 7 iyun tarixindən qüvvəyə minir.

Yaponiyanın Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında həmçinin, Rusiya Federasiyasının istehsal bazasının möhkəmləndirilməsinə imkan yaradan məhsulların ixracına qadağan qüvvəyə mindiyi bildirilir.  

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya