Yaponiyada meymunlar insanlara qarşı hücuma keçib – 42 nəfər yaralanıb

2022-07-25 13:51:00

Yaponiyada meymunlar insanlara qarşı hücuma keçib – 42 nəfər yaralanıb

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Yaponiyanın qərbindəki Yamaquçi vilayətinin 8 sakini meşələrdən şəhər mərkəzinə hücum edən meymunların hücumuna məruz qalaraq yaralanıb.

Bazar günü səhər saatlarında bina evində şüşəni qıraraq içəri girən meymun mənzildə yaşayan 2 qadının ayağını dişləyib.

Eyni rayondakı başqa bir binanın dördüncü mərtəbəsindəki mənzilə daxil olan meymun başqa bir qadını əlindən yaralayıb.

Eyni saatlarda başqa bir küçədə gedən qadına da meymun arxadan hücum edib. Bundan başqa 2 müxtəlif qadını və 2 kişini də meymun dişləyib.

Bununla da iyul ayı başlanandan bəri həmin bölgədə meymun hücumlarının sayı 42-yə çatıb.

Asayiş işçiləri əhalini ehtiyatlı olmağa, pəncərələri açıq qoymamağa çağırıblar, meymunları yaxalamaq üçün hərəkətə keçiblər.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.050653