Saat:02:09
Haqqımızda

Yaponiyada isti havalar insan ölümlərinə səbəb oldu

2022-07-01 18:11:00

Yaponiyada isti havalar insan ölümlərinə səbəb oldu

Hurriyyet.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokio şəhərində və ətrafında 1951-ci ildən bəri ən qısa yağışlı mövsüm müşahidə edilib. Yüksək temperatur 17 nəfərin ölümünə səbəb olub.

Ard-arda 6-cı gündür ki, Tokioda temperatur 35 dərəcədən yuxarıdır. Dünən 6 ilə 97 yaş arasında 294 nəfər isti vurması səbəbindən xəstəxanalara aparılıb. Havanın isti keçməsi 17 nəfərin ölümünə səbəb olub.

Yaponiyanın Meteorologiya Agentliyi qarşıdakı günlərdə də havaların isti keçəcəyini, temperaturun 40 dərəcədən yüksək ola biləcəyini xəbər verib, insanlara çoxlu su içməyi və kondisionerlərdən istifadə eləməyi tövsiyə edib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR