Yaponiya XİN: “Rusiya torpaqlarımızı işğal edib”

2022-04-22 17:33:00

Yaponiya XİN: “Rusiya torpaqlarımızı işğal edib”

Hurriyyet.az “Vesti.ru” portalına istinadla xəbər verir ki, 2003-cü ildən bəri ilk dəfə olaraq, Yaponiya Cənubi Kuril adalarının işğal edildiyini bildirib.

Yaponiyanın Xarici İşlər Nazirliyinin “Diplomatiya üzrə mavi kitabı”nda Kuril adaları “Rusiya tərəfindən qanunsuz işğal edilmiş adalar” adlandırılıb.

“Diplomatiya üzrə mavi kitab” 1957-ci ildən bəri Yaponiyada hər il nəşr edilən diplomatik məlumat kitabıdır.

Bəlli olduğu kimi, Yaponiyanın Cənubi Kuril adalanarındakı İturup, Kunaşir, Şitokan adaları və Habomai adalar qrupu II Dünya müharibəsindən sonra Rusiya Federasiyasının nəzarətinə keçib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya