Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir

2023-02-28 14:10:00

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir

Hurriyyet.az xəbər verir ki, Yaponiyanın Xarici İşlər Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalarını bəyan edib. Yeni sanksiya paketində Rusiyanın müəssisə və təşkilatlarının vəsaitlərinə toxunmaqla yanaşı, RF Prezident Administrasiyasının, Müdafiə Nazirliyinin, Rusiyanın yeni regional idarələrinin əməkdaşlarına qarşı fərdi sanksiyalar da daxildir.

Yaponiya XİN-in məlumatına görə, Rusiyadan olan 39 şəxsin və 73 təşkilatın və şirkətlərin vəsaitləri dondurulur.

Rusiya Prezident Administrasiyasının əməkdaşları Aleksandr Xariçev ilə Boris Rapoport, Müdafiə nazirinin müavini Viktor Qoremıkin, Silahlı Qüvvələrin Baş Qərargahının Baş Hesablama Mərkəzinin rəisi Robert Baranov, Çeçenistanın Təhlükəsizlik Şurasının katibi Turpal Əli İrahimov, “Kalaşnikov” konserninin prezidenti Alan Luşnikov və digərləri sanksiya siyahısına salınıblar.

Xerson vilayətindən, qondarma Luqansk və Donetsk respublikalarından olan doqquz nəfərin də vəsaitləri dondurulur.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.174717